Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

"Seçmə mərhələyə 122 gün qalıb. Bu iki oyun inam qazanmaq baxımından bizim üçün vacibdir".

"QELEBE.AZ"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, həyatda irəliyə getmək üçün nəyisə çox istəməli, inkişaf etməlisən: "Bu, sabitlik baxımından da önəmlidir. Gördüyünüz kimi həmişə Bakıdayam, bütün oyunları izləyirəm. Hazırda düşərgədə 26 futbolçu var. Bu oyunçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir. Buna görə sevinirəm".

O, yığmaya dəvət alan futbolçulardan Emin Mahmudovla Riçard Almeydanı digər futbolçulara nümunə göstərib: "Yadınızdadırsa, Emin əvvəl çox oynamırdı. Amma onunla söhbətdən sonra əsas heyət üzvünə çevrildi. Almeydaya gəlincə, əvvəl düşünürdüm ki, daha çox gənclərə şans verməliyəm. Lakin gördüm ki, Riçard meydanda can qoyur. Braziliyadan olsa da, daha çox azərbaycanlıdır. Kim millidə oynamaq istəyirsə, düzgün nümunə olmalıdır".

66 yaşlı baş məşqçi revanş barədə düşünmədiklərini söyləyib: "Dünən uşaqlara dedim ki, 17 ay öncə burada uduzmuşduq. Onda yanaşma yaxşı deyildi. İstəyim odur ki, meydana qələbə çıxaq. Qarşıda bizi 2 maraqlı oyun gözləyir. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq".

De Byazi heyəti gec açıqlamasının səbəbini də izah edib: "Ölkə çempionatında son oyunlar ötən həftə olub. Bundan sonra dərhal heyəti açıqladıq. Əksər futbolçularımız yerli liqada çıxış edir. Bu mənada heyəti tez açıqlamağın mənası yox idi".

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb