AFFA Hakimlər Komitəsinin mütəxəssisi: “Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır”

AFFA Hakimlər Komitəsinin mütəxəssisi: “Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır”

Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədov klublara keçdiyi seminarlarla bağlı bildirib.

Sabiq hakim müraciət edənlərə UEFA-nın təlimatlarını çatdırdıqlarını söyləyib:

“Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır. Yeniliklər, dəyişikliklər barədə onlara məlumat verməyimizi istəyirlər. Həmçinin Azərbaycan çempionatında bəzi epizodları da komandalara çatdırırıq. Qərarların hansı hallarda, nəyə görə verildiyini izah edirik. Yəni özümüzdən heç nə demirik. UEFA-nın təlimatlarında nə görmüşüksə, klublara çatdırırıq. Çünki məlumatlarımız nəyəsə əsaslanmalıdır”.

O, seminarların keçirilməsi üçün klublar tərəfindən müraciət aldıqlarını vurğulayıb:

“Həmişə klublarımızı maarifləndirmək istəmişik. Çalışırıq ki, nəinki Azərbaycan çempionatında, beynəlxalq yarışlara çıxanda da problemlə üzləşməsinlər. Sadəcə, klublardakı vaxt məhdudiyyətinə görə bəzən boşluqlar olur. Amma adətən əksər vaxtlar klublar özləri müraciət ünvanlayırlar. Biz də canla-başla dəvətləri qəbul edirik. Ayrılan vaxt ərzində onlara ən kritik məqamlarla bağlı tələb olunan məlumatları çatdırmağa çalışırıq. Hansı hallarda sarı vərəqə ala bilərlər, nə zaman kapitanlar oyunçuların etiraz etməsinə imkan verməməlidir və sair kimi qaydaları onlara başa salmağa çalışırıq. UEFA-nın bizə göndərdiyi, həmçinin özümüzün Azərbaycan çempionatlarından hazırladığımız materialları təqdim edirik. Gördüyümüz problemləri də kliplərə daxil edirik. Futbol ictimaiyyətinin əksəriyyətinin bilmədiyi qaydaları izah edirik”.

Mütəxəssis aşağı liqa təmsilçilərinin də bu seminarlara maraq göstərdiyini deyib:

“Premyer Liqa klublarının əksəriyyəti ilə görüşmüşük. Tam səmimi deyirəm, bu seminarlardan sonra aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri də müraciət etmək istəyirlər. “Səbail”, “Qarabağ” klubları dəvət edib. Hətta “Neftçi”nin Yüksək Liqada oynayan qadın komandasına da seminar keçmişəm. Klubların marağı böyükdür. Özləri də görürlər ki, bir çox dəyişikliklərdən xəbərləri yoxdur. Onları qınamıram. Bu barədə məlumatlandırılmalıdırlar. Müraciətlərin sayı çoxalır. Hətta aşağı yaş qrupları üzrə liqalardan da maraq göstərirlər. I Liqa klublarının hamısı olmasa da, 30-40 faizinin müraciəti əsasında onlara seminarlar keçmişik”.

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

Futbol
Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Futbol
“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

Futbol
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Futbol
DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

Futbol
“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"