Aviaqəzada həlak olan “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib -VIDEO

Aviaqəzada həlak olan “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib     -VIDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanovla vida mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

Məhəmmədəli Eqanov Suraxanıda dəfn olunacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Foto: Məhəmməd Ağayev

Futbol
Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Çempionlar Liqasının finalının topu bəlli olub

Çempionlar Liqasının finalının topu bəlli olub

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"