Azərbaycan Basketbol Liqasında X tura bir oyunla start verilib
Azərbaycan Basketbol Liqasında X tura bir oyunla start verilib.
"QELEBE.AZ" xəbər verir ki, 2025-ci ilin ilk görüşü "Sabah"la "Naxçıvan" arasında baş tutub.
A qrupunun matçında bölgə təmsilçisi 80:75 hesablı qələbə qazanıb.
Hazırda "Sabah" 18 xalla birinci pillədə qərarlaşıb. 16 xala malik "Naxçıvan" ikincidir.
Qeyd edək ki, turun digər oyunları yanvarın 9-u, 11-i və 12-də keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasinda-x-tura-bir-oyunla-start-verilib.webp











