"Abşeron"un baş məşqçisi: "Qarşılaşmaya gözlədiyimizdən də pis başladıq"

"Abşeron"un baş məşqçisi: "Qarşılaşmaya gözlədiyimizdən də pis başladıq"

Qarşılaşmaya gözlədiyimizdən də pis başladıq.

"Report" xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Ceylon Şounun səhhətində problem yarandığına görə meydana çıxa bilmədi. Bu, bizim üçün böyük itki idi. Digər basketbolçularla yerdəyişmə edib oynamağa çalışdıq. Lakin Ceylon bizim əvəzedilməz oyunçumuzdur və onun alternativi yoxdur. Bu baxımdan da onun yoxluğunu doldura bilmədik. Qarşılaşmaya gözlədiyimizdən də pis başladıq. Sonradan görüşdə tarazlıq yarada bildik. Xüsusilə üçüncü periodda yaxşı idik. Sonluğu gətirə bilmədik. Qarşıda bizi NTD ilə matç gözləyir. Ceylon Şou heyətə qayıtsa, bizim üçün çox yaxşı olacaq. Durumu yaxşılaşmasa, bu heyətlə mübarizə aparmağa davam edəcəyik. Onun son durumuna həkimlərin rəyindən sonra aydınlıq gələcək".

Qeyd edək ki, "Naxçıvan" - "Abşeron" qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
Niderland Seneqala qarşı - DÇ-2022

Niderland Seneqala qarşı - DÇ-2022

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

Futbol
“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Futbol
DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb