İngiltərə Premyer Liqası: “Çelsi”, “Liverpul” və “Mançester Siti” xal itiriblər

İngiltərə Premyer Liqası: “Çelsi”, “Liverpul” və “Mançester Siti” xal itiriblər

İngiltərə Premyer Liqasının 21-ci turunda mövsümün favoritləri xal itiriblər.

“QELEBE.AZ” xəbər verir ki, yanvarın 14-də start götürmüş matçlarda “Brentford” “Mançester Siti”ni, “Çelsi” Bornmut”u, “Vest Hem” “Fulhem”i, “Nottingem Forest” isə “Liverpul”u qəbul edib.

“Brentford” – “Mançester Siti” qarşılaşması ev sahiblərinin geridönüşü ilə yadda qalıb. “Şəhərlilər”in 66 və 78-ci dəqiqələrdə Fil Foden sayəsində vurduğu qollara “arılar” konqolu Yoan Vissanın 82-ci və danimarkalı kapitan Kristian Nörqorun isə əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə vurduğu dəqiq zərbələrlə cavab verib – 2:2.

“Çelsi” – “Bornmut” matçında da eyni hesab qeydə alınıb. 13-cü dəqiqədə Kol Palmerin erkən qolu hesabda irəli çıxan “zadəganlar” üstünlüklərini qoruya bilməyiblər. Belə ki, 50-ci dəqiqədə Castin Klüyvert penaltini dəqiq yerinə yetirib. Cəmi 18 dəqiqə sonra “albalılar”ın qanalı hücumçu Antuan Semenyo qonaqların növbəti qoluna imza atıb. Bununla belə, London təmsilçisinin kapitanı Ris Ceyms oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə status-kvonu bərpa edərək oyunda son nöqtəni qoyub – 2:2.

“Vest Hem”in Londonda eyni şəhəri təmsil edən “Fulhem”i qonaq etdiyi matçda beş qol qeydə alınıb. “Fulhem” “çəkicdöyənlər”in Karlos Soler (31), Tomaş Souçek (33), Lukas Paketa (67) sayəsində vurduğu qollarına nigeriyalı Aleks İvobinin dublu ilə qarşılıq verib – 3:2.

Turun mərkəzi qarşılaşmalarından biri isə Nottingemşirdə keçirilib: mövsümün gözlənilməz favoriti “Nottingem Forest” “Enfild”də yendiyi “Liverpul”la üzləşib. “Meşəçilər”in “qırmızılar”ın qapısına yol tapması çox çəkməyib: 8-ci dəqiqədə Kris Vud qapıçı Alisson Bekeri məyus edib. Buraxılmış qoldan sonra təzyiqi artıran Arne Slotun yetirmələri istəklərinə 66-cı dəqiqədə nail olublar: meydana yenicə girmiş Dioqu Jota və Konstantinos Tsimikas ilk toxunuşdaca müvafiq olaraq qol və assistə imza atıblar. “Qırmızılar”ın çoxsaylı hücumları baxmayaraq, oyunda başqa qol vurulmayıb – 1:1.

Qeyd edək ki, 21-ci turun birinci gününün nəticələrinə görə, “Liverpul” 47 xalla şəriksiz liderdir. Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun daha var. “Meşəçilər” (41 xal) isə qazanılmış bir xalla yanvarın 15-də “Tottenhem”i sınağa çəkəcək “Arsenal”ı ötərək ikinci pilləyə yüksəliblər. “Çelsi” 37 xalla dördüncü pillədəki yerini bərkidib. “Mançester Siti” də 35 xalla 6-cı pillədə yerində addımlayıb. “Fulhem” (30) 9-cu, “Vest Hem” (26) isə 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, yanvarın 13-də çempionatın 15-ci turundan ertələnmiş “Everton” – “Liverpul” oyunu fevralın 12-də keçiriləcəyi açıqlanmışdı.

Futbol
Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Futbol
Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Futbol
"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

Futbol
Mostbet bukmeyker rəyi

Mostbet bukmeyker rəyi

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Mahir Emreli: "Qələbəyə layiq idik"

Mahir Emreli: "Qələbəyə layiq idik"

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Futbol
"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub