Azərbaycan millisinin baş məşqçisi: "Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur"

Azərbaycan millisinin baş məşqçisi: "Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur"

Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib:

Mütəxəssis səfərə qədər daha bir matç keçirmək istədiklərini vurğulayıb:

“Komanda yanvarın 10-dan toplanışdadır. Məşqlərimiz plana uyğun şəkildə davam edir. Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmaları yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər. Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq. Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun. Çünki San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”.

Baş məşqçi AÇ-2025-in ilkin mərhələsindəki rəqibləri də dəyərləndirib:

“Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var. Fiziki baxımdan güclü rəqibdir, topla yaxşı oynayırlar. San Marinonun isə bir neçə oyununa baxmışıq. Onlar ötən həftə beynəlxalq turnirdə iştirak ediblər. Müəyyən qədər informasiyamız var. Düzdür, hər 3 oyunda uduzublar, lakin bu, zəif rəqib olması anlamına gəlmir. Ümumiyyətlə, bu gün futzalda zəif komanda, rəqib anlayışı yoxdur. Üstəlik, San Marino öz meydanında oynayacaq. Təqvimi də elə qurublar ki, onlar birinci matçdan sonra bir gün dincələcəklər. Amma Kosovo və biz ardıcıl 2 gün ərzində 2 görüş keçirəcəyik. Biz ora çatan gün San Marino - Kosovo oyunu olacaq. Bu görüşü canlı izləməyi düşünürük”.

Təcrübəli mütəxəssis komandanın qarşısına yaxşı nəticə qazanmaq tapşırığı qoyulduğunu bildirib:

“Yaxşı hazırlaşırıq. Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik. Komandanın qarşısına yaxşı oynamaq və nəticə qazanmaq tapşırığı qoyulub. Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək. Çünki növbəti mərhələyə ancaq qrup lideri olan komanda vəsiqə qazanacaq”.

Qeyd edək ki, U-19 AVRO-2025-in ilkin mərhələsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq. Komanda bu məqsədlə yanvarın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb.

Futbol
Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Futbol
Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Futbol
"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

Futbol
Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

Futbol
Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"