Azərbaycanın iki idmançısının Paris-2024-də qazandığı medallar keyfiyyətini itirib - FOTO

Azərbaycanın iki idmançısının Paris-2024-də qazandığı medallar keyfiyyətini itirib - FOTO

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı keyfiyyətini itirib.

Bu barədə "QELEBE.AZ"a taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) məlumat veriblər.

Gümüş mükafatçı Q.Maqomedov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını söyləyib:

"İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".

Bürünc medal əldə edən H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırıb. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğulayıb.

Milli Olimpiya Komitəsinin xarici əlaqələr departamentinin direktoru Anar Bağırov "QELEBE.AZ"a açıqlamasında Q.Maqomedovla bağlı məsələdən xəbərdar olduqlarını bildirib. O, Həsrət Cəfərov və digər idmançıların medalları ilə bağlı maraqlanacaqlarını diqqətə çatdırıb:

"Yekun araşdırmalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacaq".

Qeyd edək ki, daha əvvəl 100-dən çox idmançı Paris-2024-də qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar. Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında təşkil olunub.

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Fərdi
Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb