MOK-un vitse-prezidenti: "Başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi" - MÜSAHİBƏ

MOK-un vitse-prezidenti: "Başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi" - MÜSAHİBƏ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a müsahibə verib. Qurum rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında verilən medalların keyfiyyətində rast gəlinən qüsurlardan danışıb. O, həmçinin MOK-un bu il keçiriləcək Baş Məclisində gözlənilən addımlarla bağlı sualları cavablandırıb.

- Parisdə keçirilən olimpiadadan sonra medalların keyfiyyətləri ilə bağlı şikayətlər çox idi. Bu yaxınlarda bizim idmançılar da şikayət etdilər. Bu məsələ ilə bağlı hansı addımlar atmısınız və ya atacaqsınız?

- Bu barədə MOK-un mətbuat xidmətindən məlumat verilib. Yay Olimpiya Oyunlarında qazanılan 7 medalın hər birini araşdırıb, daha sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayacağıq. Yeganə addım budur.

- Ümumiyyətlə, nə vaxtsa, hansısa ölkədə keçirilən olimpiadalardan sonra belə hala rast gəlmişdiniz?

- Xeyr, bu ilk dəfə idi.

- Olimpiadanın gedişində də göründü ki, təşkilatçılıqda ciddi qüsurlar var. Bu problemi də onun davamı hesab etmək olarmı?

- Əlbəttə, eyni şeydir. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məsələdir.

- Sizcə, Fransanın bu cür məsuliyyətsizliyinin səbəbi nədir?

- Bunu dəfələrlə, elə Fransada olanda da müsahibələrimdə demişdim. Aydın məsələdir ki, Təşkilat Komitəsinin zəifliyi bir çox məsələlərdə özünü göstərdi. Buna görə də ümumi problemdir. Müxtəlif problemlər var idi. Ümumiyyətlə, başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi.

- Bu il MOK-un Baş Məclisi keçiriləcək. Hansı yeniliklər gözlənilir?

- Bu barədə indidən danışmaq tezdir. Nələrin olacağı hesabatlardan, seçkilərdən asılıdır.

- Uzun illərdir MOK-da faəliyyət göstərirsiniz. Vitse-prezident kimi davam etmək istəyiniz varmı?

- Bu, bir qədər düzgün sual deyil. Seçkilərin nəticəsini görəcəksiniz. Həmişə mətbuata açıq olmuşam. Nəsə fikirlərim olsa, açıqlayacağam.

Fərdi
Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Fərdi
Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib