Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi: "Qarabağ" asanlıqla qol buraxır"

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi: "Qarabağ" asanlıqla qol buraxır"

"Qarabağ" asanlıqla qol buraxır.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB (Rumıniya) ilə oyunu dəyərləndirərkən deyib.

O, bəxt amilini qabardıb:

“Bəlkə də Juniniyonun komandadan getməsinin təsiri oldu. Lakin düşünürəm ki, bəxt amili əsas rol oynadı. "Qarabağ" bütün oyunlarda rəqiblərindən geri qalmadı. Hətta bir çoxunda üstün oyun sərgilədi. Dünənki matçda xeyli qol imkanından yararlana bilmədi. Yaranmış qol vəziyyətlərindən istifadə etməyəndə də məğlub olursan. Müdafiədə səhvlər buraxırdılar”.

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi “Qarabağ”da arxayınlıq olduğuna inanmır:

“Qurban Qurbanovla həm birlikdə futbol oynamışıq, həm də məşqçim olub. Onda elə bir xarakter yoxdur ki, arxayınlıq yaransın və bu, kollektivə təsir göstərsin. Həm də indi futbolda asan rəqib olmur. Hətta ən zəif hesab etdiyimiz rəqib belə müdafiə planında yaxşı oynaya bilir. İstər klub, istər milli səviyyəsində belədir. Geridə qalan 7 oyunda bəxt amili ilə yanaşı, bəzən hakim ədalətsizliyi də oldu. Bəlkə də kənardan belə görünür. Amma "Qarabağ" asanlıqla qol buraxır. Dünənki görüşdə standart vəziyyətlərdən üç qol buraxdılar. Ola bilər komandada bu baxımdan çatışmazlıq var”.

E.İmaməliyev komandanın uğursuzluğunun UEFA Avropa Liqasının yeni formatı ilə bağlı ola biləcəyini də istisna etmir:

“Yeni formata əsasən hər komandaya qarşı bir oyun keçirirsən. Bu səbəbdən yaxşı təhlil aparılmalıdır. “Qarabağ”ın təcrübəli məşqçilər korpusu var və yaxşı təhlillər apardıqlarına şübhə etmirəm. İstər-istəməz bunun da müəyyən təsirləri ola bilər. Çünki ilk oyunda rəqibin üstün və zəif cəhətlərini görə bilirsən, səhvləri düzəldirsən. Bütün bunlara baxmayaraq, “Qarabağ”ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdüm. Futboldur, bəzən istədiyin alınmır”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” - FCSB matçı Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdən sonra Ağdam təmsilçisi UEFA Avropa Liqasında pley-offa çıxmaq şansını itirib.

Futbol
Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol
Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Futbol
"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

Futbol
Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Futbol
Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır