"Kəpəz"in yeni transferi: "İtaliyada qazandığım təcrübəni Azərbaycanda göstərmək istəyirəm" - MÜSAHİBƏ

"Kəpəz"in yeni transferi: "İtaliyada qazandığım təcrübəni Azərbaycanda göstərmək istəyirəm" - MÜSAHİBƏ

"Kəpəz"in yeni transferi Trent Buhagia "QELEBE.AZ"a müsahibə verib.

Malta millisinin üzvü Gəncə klubuna keçidinin təfərrüatlarından danışıb. Əslən Avstraliyadan olan oyunçu son olaraq çıxış etdiyi İtaliya Seriya B ilə Azərbaycan çempionatı arasındakı fərqləri müzakirə edib.

- Özünüzü necə təqdim edərdiniz?

- Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayıram. Sağ və sol cinahlarda çıxış edirəm. Meydanın bir çox yerlərində oluram və universal futbolçuyam. Sürətlə rəqib müdafiəçilərin arxasına keçə bilən və qol vura bilən oyunçuyam.

- "Kəpəz"ə keçidiniz necə baş tutdu?

- Menecerim vasitəsi ilə Azərbaycana gəldim. Mənə "Kəpəz"lə bağlı müəyyən məlumat verildi və düşündüm ki, bu komandaya kömək edə bilərəm. Düşünürəm ki, mövsümün sonuna qədər "Kəpəz"ə xeyir verə biləcəyəm.

- "Kəpəz"ə gələrəkən hansı məlumatları əldə etdiniz?

- Azərbaycanda çıxış edən tanıdığım futbolçu yoxdur. İnternetdən bəzi məlumatları əldə etdim. Bu komandanın böyük azarkeş kütləsi var. Hazırda da klubun yeni stadionu tikilir. İnanıram ki, tezliklə azarkeşlər stadionu dolduracaqlar və biz həmin meydançada qələbələr qazanacağıq.

- Azərbaycan Premyer Liqasının XX turunda keçirilən "Kəpəz" - "Səbail"lə matçını stadiondan canlı olaraq izlədiniz. Düşüncələriniz nə oldu?

- Öncəki turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldiyimiz barədə də məlumatım var. Təəssüf ki, "Səbail"ə məğlub olduq. Lakin "Kəpəz" kənardan çox istəkli görünürdü. Qələbə qazanmaq üçün "vuruşdu", lakin minimal hesabla məğlub oldu. Futbola belə hallar qaçılmazdı.

- Malta millisinə mütəmadi olaraq dəvət alırsınız?

- Ötən ilin noyabrında iki görüş keçirdik. Biri yoxlama, digəri isə UEFA Millətlər Liqasının matçı idi. Hər iki oyunda meydana çıxmışdım. Təəssüf ki, qələbə qazana bilmədik. Qarşıda bizi dünya çempionatının seçmə mərhələsinin qarşılaşmaları gözləyir. "Kəpəz"də yaxşı çıxış edib, Malta millisindəki yerimi möhkəmləndirmək istəyirəm.

- Son olaraq İtaliyada "Breşiya"da çıxış etmisiniz. B Seriyası ilə Azərbaycan Premyer Liqası arasındakı fərqlər nədir?

- Bu barədə danışmaq bir qədər tezdir. Hələ ki, bir oyuna canlı olaraq baxa bilmişəm. Lakin aydın məsələdir ki, İtaliya B Seriyasında standartlar daha yüksək səviyyədədir. Lakin düşünürəm ki, Azərbaycanda da çıxış etməyin xüsusi fərqləri olacaq.

- İtaliya B Seriyasında çıxış edən futbolçunun Azərbaycan Premyer Liqasının son sırasında qərarlaşan kluba keçidini karyerasında geri addım hesab etmək olar?

- Belə düşünmürəm. Mən İtaliyada futbol oynamışam və orada qazandığım təcrübəni "Kəpəz"lə bölüşmək istəyirəm. Azərbaycan çempionatında öz gücümü göstərəcəyimə inanıram. Qarşıdakı turlarda yetərincə xallar qazanıb, son pillədən qurtulacağıq. Azarkeşlərimizin önündə oynamaq üçün çox həyəcanlıyam. Ümid edirəm ki, yeni stadionumuzda bu hissi yaşayacağam. Azarkeşlərimizə bildirmək istəyirəm ki, bizə dəstəklərini əsirgəməsinlər. Onların köməkliyi ilə son pillədən qurtulacağıq.

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Futbol
Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Futbol
Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Futbol
FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ideyasından imtina edib

FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ideyasından imtina edib