ABF-nin icraçı vitse-prezidenti: "Hədəfimiz Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazanmaqdır"

ABF-nin icraçı vitse-prezidenti: "Hədəfimiz Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazanmaqdır"

Kişilərdən və qadınlardan ibarət komandalarımız çox güclü yığmalarla qarşılaşacaq. Amma mübarizəni sonadək davam etdirəcəyik. Hədəfimiz ilk "üçlük"də yer alıb əsas mərhələyə vəsiqə qazanmaqdır.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

ABF rəsmisi Azərbaycanda ilk dəfə baş tutacaq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsi ilə bağlı danışıb:

"Bu, 3x3 basketbol idman növü adına böyük və önəmli bir yarışdır. Fransada keçirilmiş Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməyimiz və orada göstərdiyimiz layiqli mübarizə bir daha bunun əyani sübutudur ki, ölkəmizdə basketbol çox sürətlə inkişaf edir. FIBA məhz 3x3 basketbol adına vacib turnirlərdən sayılan bu seçmə mərhələ oyunlarını Bakıya həvalə etdi. Çalışacağıq ki, doğma azarkeşlər önündə də gözəl basketbol nümayiş etdirək və əlimizdən gələnin ən yaxşısını ortaya qoyaq".

İcraçı vitse-prezident Azərbaycan komandalarının hədəflərindən də söz açıb:

"Bu, basketboldur. Bu növ bütün sürprizlərə açıqdır. Həm kişilərdə, həm də qadınlarda çox güclü yığmalarlarla qarşılaşacağıq. Amma mübarizəni sona qədər davam etdirəcəyik. İlk "üçlük"də yer alıb final mərhələsinə vəsiqə qazanmaq əsas hədəfimizdir".

Fərrux Mahmudov yarışın favoritlərini də açıqlayıb:

"Düşünürəm ki, kişi yığmaları arasında böyük basketbol ənənələri olan Monteneqro və Kanada ilə yanaşı, Böyük Britaniya, qadınlarda isə Latviya və Brazilya milliləri bizə çətinlik yaratmağı bacararlar".

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələnin ən yaxşı 3 millisi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. Qarşılaşmalar mayın 24-25-də təşkil olunacaq.

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub