Azərbaycan millisinin baş məşqçisi: "Onur Quluzadənin Avropa birinciliyində də medal qazanacağına ümid edirik"

Azərbaycan millisinin baş məşqçisi: "Onur Quluzadənin Avropa birinciliyində də medal qazanacağına ümid edirik"

Ümid edirik ki, Onur Quluzadə Avropa birinciliyində də mükafatçılar sırasında olacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın stolüstü tennis millisinin baş məşqçisi Fərhad İsmayılov deyib.

Mütəxəssis Azərbaycan təmsilçisinin Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Contender Doha 2025” turnirində 15 yaşadək idmançılar arasında gümüş medal qazanması ilə bağlı danışıb:

"Onur dəfələrlə Avropa və dünya seriyalı turnirlərin qalibi və mükafatçısı olub. Bu il ilk dəfə dünya seriyalı turnirə qatıldı. U-15 kateqoriyasında 30-dan çox idmançı mübarizə aparırdı. Qrup mərhələsində iki qələbə ilə növbəti mərhələyə adladı. 1/8, 1/4 və yarımfinalda da inamlı çıxış etdi. Perspektivli tennisçidir. Yalnız finalda İran təmsilçisinə 2:3 hesabı ilə uduzdu".

Baş məşqçi stolüstü tennisçinin finaldakı məğlubiyyətinə də toxunub:

"Finalda 2:0 hesabı ilə öndə idi. Sonuncu setdə də üstün idi. Məncə, bir az psixoloji cəhətdən çatışmazlıq oldu və finalda yenildi. Daha əvvəl də bu rəqibinə məğlubiyyətləri olub. Bu dəfə isə qalibiyyətə yaxın idi. Bu o deməkdir ki, yaxın zamanlarda ona qalib gələcək".

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb