Azərbaycan millisinin üzvü: "Yunanıstanla matçda azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan millisinin üzvü: "Yunanıstanla matçda azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik"

Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyev Avropa çempionatının əsas mərhələsində sabah Yunanıstana qarşı baş tutacaq görüşlə bağlı Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Ü.Əliyev azarkeşlərdən komandaya dəstək vermələrini istəyib:

"Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. İki gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

O, fevralın 1-də keçirilmiş Xorvatiya millisinə qarşı oyuna (2:9), həmçinin komandanın son durumuna toxunub:

“Oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq. Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti sayılan Xorvatiya Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır. Dünəndən məşqləri Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa, yorğunluq var idi. Bərpa prosesini yaxşı keçməyə çalışdıq".

Qeyd edək ki, Azərbaycan - Yunanıstan matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
UEFA Rusiyaya təzminat ödəyib

UEFA Rusiyaya təzminat ödəyib