Mariya Stadnik: "İdman nailiyyətlərimə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülmüşəm" - MÜSAHİBƏ

Mariya Stadnik: "İdman nailiyyətlərimə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülmüşəm" - MÜSAHİBƏ

Azərbaycanın 10 qat Avropa və 2 qat dünya çempionu olan güləşçisi Mariya Stadnik "QELEBE.AZ"un suallarını cavablandırıb. Fevralın 2-də karyerasını bitirən olimpiadanın 4 qat mükafatçısı gələcək planlarını açıqlayıb. O, həmçinin ölkəmizdə qadın güləşinin perspektivlərindən danışıb.

- İki gün əvvəl karyeranızı başa vurduğunuzu açıqladınız. Bu barədə nə deyə bilərsiniz? Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarındakı uğursuzluq qərarınıza hansısa şəkildə təsir etdimi?
- Bəli, karyeramı bitirdim. Parisdə sonuncu olimpiadamda iştirak etdim. Qərara gəlincə, mən artıq peşəkar idmançı kimi hər şeyi etmişəm və bu, kifayətdir.

- Siz yalnız olimpiadada qızıl medal əldə edə bilməmisiniz. İki gümüş və iki bürünc medalınız var. Çempion olmağınıza nə mane oldu?
- Təəssüf ki, karyeramda olimpiya qızılı yoxdur. Nəyin mane olduğunu bilsəydim, yəqin ki, qızıl mükafat əldə edərdim.

- 2008-ci ildən Azərbaycan millisində çıxış edirsiniz. Azərbaycanın ilk və indiyədək yeganə dördqat olimpiya mükafatçısı, həmçinin tarixdə dörd olimpiadada medal qazanmış üç qadın pəhləvandan birisiniz. Bundan əlavə, qadın güləşi tarixində beş Yay Olimpiya Oyunlarına qatılan ilk və yeganə idmançısınız. Bu nailiyyətləri necə əldə etdiniz?
- Bütün bunlara nizam-intizam vasitəsi ilə nail oldum. İdmana olan sevgimlə bütün uğurları qazanmışam. İlk növbədə gördüyün işi sevməlisən.

- İdman nailiyyətlərinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinizə görə dövlət ordenləri və medalları ilə təltif olunmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- İdman nailiyyətlərimə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülmüşəm. Hamıya məlumdur ki, Prezident İlham Əliyev idmançılara diqqət göstərir, onlara hörmət edir. Uğurlarımıza görə hər zaman bizə təşəkkür edir. Ona görə də bu illər ərzində Azərbaycanı təmsil etmək və əməyimə görə yüksək mükafatlar almaq mənim üçün böyük şərəfdir. Bu, Azərbaycanda idmançıların nə qədər sevildiyini və onlara hörmət edildiyini göstərir.

- İdmançı kimi Azərbaycan tarixinə düşmüsünüz. Bir mütəxəssis, qadın güləşi üzrə koordinator kimi uğur qazana biləcəksiniz?
- İlk növbədə buna inanıram. Azərbaycanın qadın güləşi daha da inkişaf edəcək və təcrübəmlə qızların yaxşı nəticələr əldə etməsinə yardımçı olacağam. Mən buna əminəm. Çünki əmin olmasaydım, bu işi üzərimə götürməzdim.

- Övladlarınızın güləşçi olmasını istərdiniz?
- Uşaqlarım öz istəklərində sərbəstdirlər. Mən onların güləşçi olmalarında israrlı deyiləm və nədənsə onlar da döyüşmək istəmirlər. Balaca olduqları vaxt bu idman növünü bəyənirdilər, amma indi hər kəs öz bəyəndiyi sahəni seçib.

- Azərbaycanda günlərinizi necə keçirirsiniz?
- Demək olar ki, bütün günü idmanla məşğul oluruq. Evə ancaq axşam gəlirik. Həftəsonları Bakıdan kənara harasa getməyə çalışırıq. Xizək sürməyi sevirik. Şahdağa, bəzən isə digər bölgələrə gedirik. Şəhərdən, tıxacdan uzaqlaşırıq.

- Azərbaycan mətbəxində hansı yeməklərə üstünlük verirsiniz?
- Azərbaycan plovunu çox sevirəm. Üzərində ərik qurusu, kişmiş və ət...

- Yemək bişirə bilirsiniz?
- Əlbəttə. Mənim iki övladım var. Onların istədikləri bütün yeməkləri özüm hazırlayıram.

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb