Vüqar Həşimovun adına təsis edilən “Fair Play” mükafatının builki sahibi məlum olub

Vüqar Həşimovun adına təsis edilən “Fair Play” mükafatının builki sahibi məlum olub

Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunan nüfuzlu "Tata Steel Chess" turnirində Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilən “Fair Play” mükafatının 2025-ci il üçün sahibi məlum olub.

"Report" xəbər verir ki, turnirin bağlanış mərasimində “Fair Play” mükafatının təsisçisi Qasım Həşimovun Avropa çempionu Vüqar Həşimovun adının yaşamasında həyata keçirdiyi layihələr, Azərbaycanda təşkil olunan Vüqar Həşimov Memorialının reallaşmasında gördüyü işlər yüksək qiymətləndirilib.

Ardınca ötən ay dünyasını dəyişən Qasım Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə “Fair Play” mükafatını qazanan şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Nodirbek Abdusattarova (Özbəkistan) və Nogerbek Kazıbekə (Qazaxıstan) verilib. Hər iki şahmatçıya mükafatı Vüqar Həşimovun qardaşı, Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov təqdim edib.

Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Bu il “Fair Play” mükafatı 10-cu dəfə təqdim olunub.

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib