"Sumqayıt" ölkə kubokunda 10-cu dəfə heç-heçəyə razılaşıb
“Sumqayıt” Azərbaycan Kubokunda 10-cu dəfə heç-heçə edib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 39-cu matçda qeydə alınıb.
“Gənclik şəhəri” təmsilçisi 1/4 finalın “Sabah”la səfər görüşündən qolsuz ayrılıb.
Sumqayıtın eyniadlı klubu 5 dəfə evdə, 5 dəfə rəqib meydanında "sülh"lə barışıb.

https://mail.qalaba.az//uploads/photo/sumqayit-olke-kubokunda-10-cu-defe-hech-hecheye-razilashib.webp











