İngiltərə Kuboku: “Tottenhem” turnirlə vidalaşıb

İngiltərə Kuboku: “Tottenhem” turnirlə vidalaşıb

“Aston Villa” “Tottenhem”i məğlub edərək İngiltərə Kubokunda 1/8 finala yüksəlib.

“Report” xəbər verir ki, Birminhemdəki “Villa Park” stadionunda keçirilmiş qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qol artıq ikinci dəqiqədə “Aston Villa”nın yarımmüdafiəçisi Ceykob Remsi tərəfindən vurulub. 65-ci dəqiqədə Morqan Rocers komandasının üstünlüyünü ikiqat artırıb. 90+1-ci dəqiqədə “mahmızlar”ın hücumçusu Matis Tel fərqlənərək yekun hesabı müəyyənləşdirib: “Aston Villa” – 2, “Tottenhem” – 1.

Qeyd edək ki, İngiltərə Kubokunun 1/16 finalının hər oyunu tək matçda keçirilir. Əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt təyin edilir. Əlavə vaxtda da qalib müəyyən olunmazsa, penalti seriyasına start verilir. Oyunun keçirilmə yeri isə püşkatma yolu ilə müəyyən edilir. Analoji reqlament növbəti mərhələdə də tətbiq ediləcək.

2023/2024 mövsümünün İngiltərə Kubokunun sahibi final matçında "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edən “Mançester Yunayted”dir.

Turnirin ən titullu klubu 14 dəfə kubok qazanan “Arsenal”dır.

Xatırladaq ki, daha əvvəl turnirin favoriti "Liverpul" turnirlə vidalaşmışdı.

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Futbol
Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb