AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub. Əvvəlcə Peşəkar Futbol Liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Misli Premyer Liqası, həmçinin I və II Liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.

Ardından Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

2024/2025 mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Qeyd edək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.

İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026 mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

2025/2026 mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Futbol
Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub

"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

Futbol
İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib