Məktəb və futbol klublarında SCALE layihəsinə start verilib

Məktəb və futbol klublarında SCALE layihəsinə start verilib

AFFA, Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlıq çərçivəsində məktəb və futbol klublarında SCALE layihəsinə (İdman Karyerası və Akademik öyrənmənin gücləndirilməsi) start verilib.

"QELEBE.AZ" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə 2025-ci ilin dekabrına qədər davam edəcək və əsas məqsəd gənc futbolçuların təhsildən uzaqlaşmasının qarşısını almaq, onların həm idmanda, həm də akademik sahədə inkişafına dəstək olmaqdır.

SCALE layihəsi Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyalarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir və UEFA tərəfindən dəstəklənir. Layihə ikili karyera modelini tətbiq edərək, gənc futbolçuların həm məktəb, həm də futbol sahəsində uğur qazanmalarına imkan yaratmağı hədəfləyir.

İlk təlim Bakıda yerləşən 220 saylı məktəb-liseydə keçirilib. Bu təlim layihədə iştirak edən Bakı məktəblərindən olan müəllim-məşqçilər üçün təşkil edilib və əsas mövzular dual karyera modeli, gənc futbolçular üçün akademik dəstək üsulları olub. Təlimlər layihə üzrə koordinator Kifayət Mustafayeva və təlimçilər Gülyana Özcan, Ofeliya Qafarova tərəfindən aparılıb.

SCALE layihəsi AFFA-nın rəhbərliyi ilə Bakının müxtəlif məktəblərində və futbol akademiyalarında icra ediləcək. Təhsil və idmanı birləşdirən bu təşəbbüs gənc idmançıların həm məktəb uğurlarını artırmalarına, həm də futbol karyeralarını inkişaf etdirmələrinə kömək edəcək.

Futbol
Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb

Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Şahin Diniyev: “Legiya”nın bizə qalib gələ bilməməsi polşalıları qıcıqlandırır” - MÜSAHİBƏ

Şahin Diniyev: “Legiya”nın bizə qalib gələ bilməməsi polşalıları qıcıqlandırır” - MÜSAHİBƏ