WAKO-nun prezidenti: "Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir"

WAKO-nun prezidenti: "Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir"

Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir.

"QELEBE.AZ" xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri Bakıya gəldiyi üçün məmnun olduğunu söyləyib:

"Ölkənizdə qonaq olmaq mənə çox xoşdur. Həqiqətən gözəl şəhəriniz var. Yəqin ki, şəhəri gəzmək üçün bir qədər vaxtımız olacaq. Amma daha əvvəl Şəhidlər xiyabanına getdik. Ardınca Azərbaycan üçün önəmli şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdik".

O, 2027-ci ildə Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının baş tuta biləcəyini söyləyib:

"Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir. Sabah gənclər və idman naziri Fərid Qayıbovla görüşümzdən sonra məsələ demək olar tam həllini tapacaq. Azərbaycanın idman ölkəsi olduğunu bilirik. Ölkəniz bir sıra maraqlı idman tədbirlərinə ev sahibliyi edib".

Qeyd edək ki, WAKO-nun prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onlar federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Fərdi
Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub