"Napoli" futbolçusu ilə 5 illik müqavilə imzalayıb
İtaliya təmsilçisi "Napoli" futbolçusu Matias Olivera ilə müqavilə müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi 2030-cu ilə qədər A Seriyası komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, M.Olivera 2022-ci ildən "Napoli"də çıxış edir. O, bu müddət ərzində 90 oyunda 3 qol vurub.

https://mail.qalaba.az//uploads/photo/napoli-futbolchusu-ile-5-illik-muqavile-imzalayib.webp











