Türkiyə Kuboku: 1/4 finalda "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gələcək
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
"Report" xəbər verir ki, bu raundda İstanbul təmsilçilərindən "Fənərbağça" "Qalatasaray"la üz-üzə gələcək.
"Beşiktaş" "Göztəpə" ilə, "Konyaspor" "İskəndərunspor"la, "Trabzonspor" isə "Bodrumspor"la münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar adları birinci göstərilən komandaların (səpələnmişlərin) meydanında reallaşacaq.

https://mail.qalaba.az//uploads/photo/turkiye-kuboku-14-finalda-fenerbagcha-ve-qalatasaray-komandalari-uz-uze-gelecek.webp











