Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq yığmalarla görüşüb

Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq yığmalarla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığmalarla görüşüb.

“QELEBE.AZ” Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.

Ş.Bağırov ilk olaraq qızlardan ibarət yığmanın oyunçularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var. O, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyətinin məhz qadın voleybolçularımızın adı ilə bağlı olduğunu bildirib.

AVF rəhbəri həmçinin qadınlardan ibarət əsas millinin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçuları və federasiyanın xanım əməkdaşlarını da 8 mart münasibətilə təbrik edib.

Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan prezident belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandanın yarışda uğurlu çıxışına inamını ifadə edib.

Daha sonra hazırlıq prosesi ilə tanış olan Ş.Bağırov hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr aralığında Gəncə, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi şəhərlərində 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib