Fernandu Santuş bu tarixdə jurnalistlərin suallarını cavablandıracaq
Futbol üzrə Azərbaycan millisinin iki yoldaşlıq oyunu üçün heyətinin açıqlanacağı vaxt müəyyənləşib.
QELEBE.AZ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş martın 13-də milli assosiasiyanın inzibati binasında heyəti açıqlayacaq.
Qeyd edək ki, milli sentyabrın 22-də Haiti ilə, üç gün sonra Belarusla üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və “Bank Respublika Arena”da gerçəkləşəcək.

https://mail.qalaba.az//uploads/photo/fernandu-santush-bu-tarixde-jurnalistlerin-suallarini-cavablandiracaq.webp