“Reyncers” azarkeşlərindən təqdirəlayiq addım

“Reyncers” azarkeşlərindən təqdirəlayiq addım

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçları keçirilir.

QELEBE.AZ xəbər verir ki, "Fənərbaxça" səfərdə "Reyncers"lə qarşılaşır.

Görüşün 40-cı dəqiqəsində ev sahiblərinin azarkeşləri təqdirəlayiq addımla yadda qalıblar.

Bütün stadion, İstanbulda keçirilən ilk qarşılaşmada dünyasını dəyişən "Reyncers" fanatını alqışlayaraq, yad edib.

Qeyd edək ki, hazırda davam edən görüş qonaqların 1:0 hesablı üstünlüyü ilə davam edir.