"Barselona"nın iki futbolçusu İspaniya yığmasından kənarlaşdırılıb
"Barselona"nın 2 futbolçusu İspaniya millisinin Millətlər Liqası heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, söhbət İniqo Martinez və Mark Kasadodan gedir.
Hər iki futbolçu La Liqanın XXVIII həftəsində “Atletiko Madrid”lə oyunda (4:2) zədələnib.
Qeyd edək ki, İspaniya millisi Millətlər Liqasının 1/4 final mərhələsində Niderlandla qarşılaşacaq. İlk oyun martın 20-də, cavab qarşılaşması isə üç gün sonra baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/quotbarselonaquotnin-iki-futbolchusu-ispaniya-yigmasindan-kenarlashdirilib.webp