Sabiq “Fənər”lidən fantastik qol: 9 il sonra çempion oldu - VİDEO
Sabiq “Fənərbaxça”lı Enner Valensiya ötən gün hazırkı komandası “İnternasional”ın heyətində baxımlı qolla yadda qalıb.
Apasport.az xəbər verir ki, futbolçu Braziliyanın Qauço çempionatının finalında “Qremio” ilə cavab matçında (1:1) uzaq məsafədən təyin olunan cərimə zərbəsindən fərqlənib.
Bu nəticə ilə ümumi hesabda 3:1 hesabı ilə qələbə qazanan “İnternasional” 9 il sonra bu turnirdə çempionluğa yiyələnib.
Valensiyanın cərimə zərbəsindən vurduğu qolu sizə təqdim edirik:

https://mail.qalaba.az//uploads/photo/sabiq-fenerliden-fantastik-qol-9-il-sonra-chempion-oldu-video.webp