Fəridə Mirzəyeva beynəlxalq turnirin qalibi olub

Fəridə Mirzəyeva beynəlxalq turnirin qalibi olub

Bu gün Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

QELEBE.AZ xəbər verir ki, -48 kq-da mübarizə aparan cüdoçumuz Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.