"Yuventus"un əsas müdafiəçisi sıradan çıxıb
İtaliya Seriya A təmsilçilərindən "Yuventus" əsas müdafiəçilərindən birini itirib.
Apasport.az xəbər verir ki, bu barıdə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Federiko Qatti İtaliya çempionatının "Cenoa" ilə matçında (1:0) zədələnib.
26 yaşlı futbolçu xəstəxanaya yerləşdirilib. Müdafiəçinin tam sağalması üçün təxminən bir ay vaxt lazım olacaq.
Qatti bu mövsüm A Seriyasında 28 matçda iştirak edib, 1 qol vurub.

https://mail.qalaba.az//uploads/photo/quotyuventusquotun-esas-mudafiechisi-siradan-chixib.webp