AFFA rəhbərliyinin bölgələrə səfərinin detalları açıqlanıb

AFFA rəhbərliyinin bölgələrə səfərinin detalları açıqlanıb

Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev AFFA rəhbərliyi ilə bölgələrdəki infrastruktura baxış keçirmələri ilə bağlı fikirlərini bölüşüb.

O, "QELEBE.AZ"a açıqlamasında Yevlax, Gəncə və Mingəçevirə səfərlərinin detallarını açıqlayıb.

FİF rəsmisi bölgə klubları ilə daim yaxından işlədiklərini söyləyib:

"Səfərimiz problemləri öyrənmək üçün deyildi, ümumi işlərə baxışla bağlı idi. Klubların rəsmi şəxsləri ilə görüşdük. Hansı sahədə dəstəyin lazım olduğunu öyrəndik. Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılışına görə bölgəyə səfər etmişdik. Orada "Turan Tovuz" Akademiyası üçün salınması planlaşdırılan meydançaların ərazisi ilə tanış olduq. Fürsətdən istifadə edib digər bölgələrə də getdik. Bundan bir gün əvvəl Yevlaxda futbol obyektlərinə baxış keçirdik. Növbəti gün isə Gəncə və Mingəçevirdə olduq. Gəncədəki futbol infrastrukturu, demək olar ki, ideal vəziyyətdədir. "Kəpəz" yeni stadionuna qovuşandan sonra sıxıntıları qalmayacaq. Yevlax və Mingəçevirdə vəziyyət bir az fərqlidir. "Karvan" klubunun Premyer Liqaya vəsiqə qazanmaq şansı var. Onlar da tezliklə hazırlıq işlərinə start verməlidirlər. Ərazidə yeni akademiya binası tikilib. Yekunlaşmaq üzrədir. "Karvan" klubunun rəhbərliyi ilə görüşdük. İnfrastrukturla bağlı təcili işlərə başlanılmalıdır".

O, Premyer Liqaya çıxmaq imkanı olan "Karvan" və "İmişli"yə infrastrukturla bağlı təkliflər edildiyini söyləyib:

"Mütəxəssis baxımından da bölgə təmsilçisinə dəstək göstəriləcək. "Karvan" klubunun rəhbərliyi ilə növbəti görüşümüz də olacaq. Ümid edirik ki, meydançalarla bağlı işlər tez bir zamanda başlayacaq. "Mingəçevir"də isə yeni sponsorla müqavilə imzalanandan sonra uzunmüddətli inkişaf planı hazırlanıb. Buna infrastruktur da daxildir. AFFA tərəfindən salınmış, süni ot örtüyü olan meydançanın ətrafı bağlanıb. Ehtiyat oyunçular skamyası qoyulub. Azarkeşlər və çəkiliş üçün platforma var. Komanda artıq öz evində oynayır. Sonra növbəti mərhələ başlanacaq, əsas meydanın ot örtüyü dəyişəcək. Orada işlər çoxdur, planlı şəkildə görüləcək".

T.Piriyev Yevlax şəhər stadionundakı əsas problemlərdən söz açıb:

"Karvan"ın bir neçə üstünlüyü var. Klub böyük infrastruktura malikdir. Stadion, yanında təlim meydançası, baza var, akademiya da tikildi. Əsas iş ot örtüyünə görədir. Digər məsələləri həll etmək olar. İşıqlandırma sistemi də düzəlməlidir. Çəkiliş meydançası da mövcuddur. Belə baxanda ciddi problemlər yoxdur. Sadəcə, işlərə təcili başlanmalıdır. "Karvan"ın icraçı şəxsləri ilə görüşdük. Hələlik işlərə başlanılması ilə bağlı konkret vaxt deyilmədi. Nə qədər tez başlasalar, o qədər yaxşıdır".

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Futbol
"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
Frank Riberi karyerasını başa vurub

Frank Riberi karyerasını başa vurub