Azərbaycan Basketbol Liqası: "Quba" "Ordu" ilə üz-üzə gələcək
Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunda "Quba" bu gün evdə "Ordu" ilə üz-üzə gələcək.
"QELEBE.AZ"un məlumatına görə, Quba Olimpiya İdman Kompleksində baş tutacaq B qrupunun matçı saat 14:00-da start götürəcək.
"Ordu" hazırda 31 xalla üçüncü pillədə qərarlaşıb. 24 xala malik "Quba" beşincidir.
Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Şəki" "Lənkəran"ı 107:78 hesabı ilə məğlub edib. Tura aprelin 6-da yekun vurulacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-quba-ordu-ile-uz-uze-gelecek.webp











