"Quba"nın baş məşqçisi: "Ordu" ilə matçın əvvəllərində hesabda önə keçsək də, sonradan tempdən düşdük"

"Quba"nın baş məşqçisi: "Ordu" ilə matçın əvvəllərində hesabda önə keçsək də, sonradan tempdən düşdük"

"Ordu" ilə matçın əvvəllərində hesabda önə keçsək də, sonradan tempdən düşdük.

“Report” xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XX turunda “Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib:

Mütəxəssis səhvləri sonradan düzəltmələrinə baxmayaraq, uduzduqlarını bildirib:

“Oyun bir qədər aqressiv alındı. Matçın əvvəllərində hesabda önə keçsək də, sonradan tempdən düşdük. Əsas üzvlərimizdən biri zədə səbəbindən oynamadı. Oyun bərabər səviyyədə keçdi. Sadəcə, atışlarda səhv etdik. Doğrudur, səhvlərimizi sonradan müəyyən mənada düzəltdik, amma sonda 9 xallıq fərqlə uduzduq. Müntəzəm çempionatın son oyunu idi. Məncə, pis alınmadı. Bəzi oyunçulara istirahət verdik, gənclər şans qazandı. Bütün oyunçular yaxşı oynadı. Kameron Consa qarşı çox sərt müdafiə olsa da, istədiyi xalları yığdı”.

Ş.Əsgərov komandadan razı qaldığını nəzərə çatdırıb:

“Bu görüşdə müəyyən məsələlər də ortaya çıxdı. Pley-in mərhələsində böyük ehtimalla “Ordu” ilə qarşılaşacağıq. Yaxşı oldu ki, öz oyunçularımızı sınadıq. Komandadan razıyam. Oyunçuların istədiyi alınmasa da, var güclərini meydanda qoydular. Rəqibimiz “Ordu” olarsa, həmin görüşə də yaxşı hazırlaşacağıq. Fikrimcə, pley-in matçında meydanda tamam başqa komanda görəcəyik”.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində baş tutan B qrupunun “Quba” - “Ordu” matçı qonaqların 97:88 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib