Lukaku "Napoli"dən ayrılacaq - Vətəninə dönür
İtaliyanın "Napoli" klubunun belçikalı hücumçusu Romelu Lukaku 2026-cı ildə vətəninə qayıtmağı planlaşdırır.
QELEBE.AZ xəbər verir ki, Lukaku “Corriere dello Sport”a müsahibəsində karyerasını “Anderlext”də bitirəcəyini bildirmişdi.
31 yaşlı hücumçu 2026-cı il dünya çempionatından sonra oğluna verdiyi sözü yerinə yetirmək üçün vətəni "Anderlext"ə qayıtmaq istəyir.
Qeyd edək ki, Lukakunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı forvardın qiymətini 22 milyon avro olaraq qiymətləndirir.

https://mail.qalaba.az//uploads/photo/lukaku-quotnapoliquotden-ayrilacaq-vetenine-donur.webp