Qadın futbolçulardan ibarət Azərbaycan yığması Litvaya qalib gəlib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.
Lent.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub.
“Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

https://mail.qalaba.az//uploads/photo/qadin-futbolchulardan-ibaret-azerbaycan-yigmasi-litvaya-qalib-gelib.webp











