“Bavariya”da ciddi itki - 8 həftə olmayacaq
Ötən gün Almaniya Bundesliqasının XXVIII turu çərçivəsində "Bavariya" səfərdə "Auqsburq"u 3:1 hesabı ilə məğlub edib.
QELEBE.AZ xəbər verir ki, qonaqların ilk qoluna imza atan Camal Musiala sıradan çıxıb.
Görüşə davam edə bilməyən oyunçunun zədəsinin ciddi olduğu bildirilib.
Yarımmüdafiəçinin 8 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bavyera təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol, 8 assistlə yadda qalıb.

https://mail.qalaba.az//uploads/photo/bavariyada-ciddi-itki-8-hefte-olmayacaq.webp