“Aston Villa” “Siti”yə çatdı
İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Aston Villa" öz meydanında mövsümün sürpriz komandalarından "Nottingem Forest"lə üz-üzə gəlib.
Ev sahiblərinin ilk hissədə vurduğu 2 qol matçın taleyini bəlli edib. Görüş "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 51-ə çatdıran Unay Emerinin yetirmələri eyni xala sahib "Mançester Siti" ilə 5-6-cı pillələri bölüşdürür.
İngiltərə Premyer Liqası
XXXI tur
20:30. “Aston Villa” - “Nottingem Forest” - 2:1

https://mail.qalaba.az//uploads/photo/aston-villa-sitiye-chatdi.webp