Hollandiya millisinin üzvü “Leypsiq”də - RƏSMİ
Almaniya Bundesliqası təmsilçilərindən "Leypsiq" yeni transferini ictimaiyyətə bildirib.
Apasport.az xəbər verir ki, komanda, hazırda Belçikanın "Loven" klubunda çıxış edən hollandiyalı futbolçu Ezekil Banzuzini transfer edib.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarınmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Banzuzi yeni komandasına yayda qoşulacaq.
Tərəflər arasında razılaşmaya əsasən, "Leypsiq" oyunçu üçün qarşı tərəfə 16 milyon avro ödəməli olacaq.

https://mail.qalaba.az//uploads/photo/hollandiya-millisinin-uzvu-leypsiqde-resmi.webp