"Sərhədçi"nin baş məşqçisi: "Səhvlərimizi aradan qaldıracağıq"

"Sərhədçi"nin baş məşqçisi: "Səhvlərimizi aradan qaldıracağıq"

Səhvlərimizi anlayıb onları aradan qaldıracağıq.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sərhədçi" basketbol komandasının baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis "Sumqayıt"a 97:100 hesabı ilə uduzduqları Azəbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Rəqib maraqlı komandadır. Amerikalı basketbolçuları “üçlük”lərdə çox yaxşıdırlar. Bunu atmağı bacarırlar və sistemsiz də atırlar. İstədiyiniz formada müdafiə olunarkən belə dəqiq oynayırlar. Ötən oyundakından 3 xal çox atdılar. Yenə eyni faizdə “üçlük"lə yadda qaldılar".

E.Alkaya sözügedən qarşılaşmada müdafiədə səhvlər etdiklərini bildirib:

"Ribaundları onlara verdik. Ötən oyundakı rahat qalibiyyət bu məğlubiyyətin səbəbi oldu. Pis oynamadıq və 97 xal qazandıq. Bu, ciddi rəqəmdir. Amma müdafiədə daha diqqətli olmalıyıq. Çox az “üçlük” atdıq. Etdiyimiz səhvlər bizə baha başa gəldi. Oyunçularla matçdan sonra bunu danışdıq. Amma rəqib fərqli komandadır. Heç bir sistem yoxdur, sadəcə, xal qazanırlar. Boşluqlar tapıb “üçlük”lər atırlar. Əlimizdən gələni edib pley-offa yüksəlmək istəyirik".

Qeyd edək ki, ilk qarşılaşmada "Sərhədçi" qalib gəldiyi (123:97) üçün pley-offa vəsiqə qazanacaq komandanın adına üçüncü matçda aydınlıq gələcək.

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır