AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb
AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb.
"QELEBE.AZ" xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final cütləri müəyyənləşib.
Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.
1/8 final cütləri:
“Göyəzən” - “Biləsuvar”
“Record Club” – “Bərdə”
“Xudat City” - “Şirvan”
“Marafon” - “Dirçəliş”
“Çinar Zəngilan” - “Şirvan” OİK
“Xankəndi” - “Topçular”
“Ağstafa Gəncləri” - “Şirvanovka”
“Zəfər 44” - “Naftalan”
Qeyd edək ki, 1/8 final bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/affa-region-liqasinin-pley-off-merhelesinin-pushku-atilib.webp











