Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

"İdmançılarımızdan belə nəticə gözləmirdim. Çünki dünyanın ən güclü karateçiləri Azərbaycana gəlmişdi".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Bakıda keçirilmiş Premyer Liqa turniri barədə danışarkən deyib.

Funksioner yarışda yüksək nəticə qazandıqlarını bildirib: "Turnirdən əvvəl mətbuat konfransında 1 qızıl medal qazana biləcəyimizi söyləmişdim. Ən yaxşı halda 2 qızıl medala ümid edirdim. Amma 3 qızıl və 3 bürünc medala yiyələndik. Bu nəticə Azərbaycan karatesinin inkişaf etdiyini göstərir. Premyer Liqada tək kumitedəki nəticələrə görə, birinci olduq. Yaponiya bizi kata yarışlarına görə medal sıralamasında üstələdi. Ümumi sıralamada ikinci yeri tutduq. Yaponiya katada çox güclüdür. Hətta kumite yarışında Misir kimi ölkəni də keçdik".

Bəşirov titullu idmançı Rafael Ağayevin davamçılarının yaxşı nəticələr qazandığını vurğulayıb: "20 yaşlı idmançımız Əminağa Quliyev yalnız gənclər arasında turnirlərdə yer tutmuşdu. Bakıda isə qızıl medal qazandı. Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) təcrübəli karateçilərimizdəndir. Onlardan qızıl medal gözləyirdik. Hər ikisi gözləntiləri doğrultdu. Növbəti dəfə Azərbaycanın bayrağını və adını ucaltdıq".

AMKF prezidenti göstərilən nəticədə dövlət səviyyəsində diqqət və qayğının rolunu vurğulayıb: "Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkür edirəm. Onun bizə və digər idman növlərinə çox köməyi dəyir, karateyə isə simpatiyası var. Bunu Ümumdünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşündə sübut etdi. Güclü qrafik və çoxlu işi olmasına baxmayaraq, onu qəbul etdi. Espinos mənə Azərbaycan karatesindən çox razı olduğunu bildirdi. İnanıram ki, qarşıda daha gözəl nəticələr əldə edəcəyik. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə də minnətdarlığımı bildirmək istəyirəm".

Bəşirov Ümumdünya Karate Federasiyasının Bakıdakı yarışın təşkilatçılığından tam razı qaldığını diqqətə çatdırıb: "Hamı gördü ki, ölkəmizdə hansı səviyyədə yarışlar keçirilir və hansı səviyyədə karateçilər var. İnanıram ki, idmanımız daha çox inkişaf edəcək və kütləvi olacaq. Çalışacağıq ki, karate bütün regionlarda inkişaf etsin".

Federasiya rəhbəri karatenin 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında yer alma ehtimalına da toxunub: "6 - 12 oktyabrda Beynəlxalq Olimpiya Komitəsinin iclası keçiriləcək. Karate artıq namizədlərdən biridir. Espinos həmin toplantıya qatılacaq və karatenin burada təqdimatı gerçəkləşəcək".

Qeyd edək ki, Premyer Liqa turnirində Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar.

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb