Hakimi təhqir etdi, 4 oyun cəza aldı
Əvəzedicilər Liqasında çıxış edən iki komadanın futbolçuları diskvalifikasiya olunub.
QELEBE.AZ xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
31-ci turun “Sabah-2” – “Səbail-2” matçı bitdikdən sonr meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin, “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.

https://mail.qalaba.az//uploads/photo/hakimi-tehqir-etdi-4-oyun-ceza-aldi.webp