AFFA "Şamaxı"nın futbolçu və rəsmilərini ağır cəzalandırıb

AFFA "Şamaxı"nın futbolçu və rəsmilərini ağır cəzalandırıb

AFFA U-15 Liqasında baş tutan “Metak”la matçda futbolçuları və rəsmiləri tərəfindən qaydaların pozulmasına görə “Şamaxı”nı ağır cəzalandırıb.

“Report” xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Aprelin 22-də keçirilən görüşdə “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq.

“Şamaxı”nın U-15 komandasının baş məşqçisi Tərlan İsgəndərov və klub rəsmisi Amil Mənsimov isə 5 oyunluq disvalifikasiya olunublar. Hər iki şəxs 80+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırılıb.

Həmçinin görüşün 80+2-ci dəqiqəsində təcavüzkar davranış sərgiləyən “Şamaxı”nın futbolçuları Ömər Qocalı və Hüseyn Hüseynov 4, rəqibi təhqir edən Fərid Ağasarılı isə 3 oyunluq cəzalandırılıb.

“Metak”ın futbolçuları Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Əli Şıxnəbiyev isə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.

AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” - “Qarabağ” oyununun 67-ci dəqiqəsində Gəncə təmsilçisinin futbolçusu Amur Yusifov və “Qarabağ”ın üzvü Həbib Qədimov rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalandırılıblar.

AFFA U-17 Liqasında baş tutan “Turan Tovuz” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu İlham Beybutov 41-ci dəqiqədə rəqibi vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

Futbol
“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

Futbol
"Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir