Braziliya millisinin sabiq baş məşqçisi karyerasına fasilə verib
Braziliya millisinin sabiq baş məşqçisi Tite sağlamlığında yaranan problemlərə görə karyerasına fasilə verib.
"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis hələ ötən il ürək problemi ilə xəstəxanaya yerləşdirilib.
Tite 2016-2022-ci illərdə Braziliya yığmasını çalışdırıb. O, 2019-cu ildə "sambaçılar"a Amerika Kubokunu qazandırıb.
Tite son olaraq "Korintians" (Braziliya) kollektivindən təklif alsa da, səhhətində yaranan problemlərə görə danışıqlar yarımçıq qalıb.

https://mail.qalaba.az//uploads/photo/braziliya-millisinin-sabiq-bash-meshqchisi-karyerasina-fasile-verib.webp











