Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatında qarışıq komanda yarışındakı rəqibi müəyyənləşib
Azərbaycan millisinin Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışındakı rəqibi müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, yığma 1/8 finalda Gürcüstanla qarşılaşacaq.
Qeyd edək ki, püşk daha əvvəl atılsa da, yarış təlimatlarının pozulması səbəbindən mərasim təkrarlanıb.
Qarışıq komanda yarışı aprelin 27-də keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/cudo-uzre-azerbaycan-millisinin-avropa-chempionatinda-qarishiq-komanda-yarishindaki-reqibi-mueyyenleshib.webp











