Frank De Blekere “Qarabağ” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodları şərh edib

Frank De Blekere “Qarabağ” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutan cavab oyununda qeydə alınan mübahisəli epizodları şərh edib.

"Report" xəbər verir ki, o, qarşılaşmanın 44-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində sarı vərəqə alan Yassin Benziyanın cəzalanmasının doğru qərar olduğunu söyləyib:

"Yassin Benzia meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".

Təcrübəli mütəxəssis 64-cü dəqiqədə "Araz-Naxçıvan"ın futbolçusunun yerə yıxılmasından sonra "Qarabağ"ın qol vurmasının qaydalar çərçivəsində olduğunu bildirib:

"Sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir".

Frank De Blekere 75-ci dəqiqədə Naxçıvan təmsilçisinin qapısına təyin olunan penalti epizoduna bu cür şərh verib:

“Qarabağ”ın hücumu zamanı Leandro Andrade cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın müdafiəçisi Urfan Abbasovun bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur".

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:0 (ilk görüş - 0:1) hesabı ilə məğlub edib. "Sabah" - "Neftçi" görüşündə isə tərəflər hərəyə bir dəfə fərqləniblər (ilk oyun - 2:1).

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Futbol
“Neftçi”nin SSRİ çempionatının bürünc medallarını qazandığı gündən 56 il ötür

“Neftçi”nin SSRİ çempionatının bürünc medallarını qazandığı gündən 56 il ötür

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Futbol
Dünya çempionatının təqvimi

Dünya çempionatının təqvimi

Futbol
Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
DÇ-2022 ərəfəsində Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

DÇ-2022 ərəfəsində Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib