"Milan"ın finaldakı rəqibi bəlli oldu
İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, ikinci finalçı Bolonyada müəyyənləşib.
Şəhərin eyniadlı komandası "Empoli"ni qəbul edib.
Matçda 3 qol vurulub. Meydan sahibləri 2:1 hesablı qələbəyə nail olublar.
Qeyd edək ki, həlledici görüşdə "Bolonya"nın rəqibi "Milan" olacaq. Görüş mayın 14-də "Olimpiko" stadionunda keçiriləcək.
İtaliya kuboku
Yarımfinal, cavab oyunu
24 aprel
"Bolonya" - "Empoli" - 2:1
İlk oyun - 3:0

https://mail.qalaba.az//uploads/photo/quotmilanquotin-finaldaki-reqibi-belli-oldu.webp