Flik Qvardiolanın uğurunu təkrarlayıb
"Barselona" İspaniya kubokunun finalında "Real"ı məğlub edib (3:2).
Apasport.az "opta"ya istinadla xəbər verir ki, Hans-Diter Flik "Barselona" tarixində ilk 3 "el-klassiko"sunu qazanan ikinci məşqçidir.
Əvvəllər bunu yalnız Xosep Qvardiola bacarmışdı. İspaniyalı "Barsa"nın baş məşqçisi kimi "Real Madrid"ə qarşı keçirdiyi ilk 5 matçda 5 qalibiyyət rekorduna sahibdir.
Xatırladaq ki, Madrid komandası ilə əvvəlki iki oyunda Flikin komandası 4:0 və 5:2 hesablı qələbə qazanmışdı.

https://mail.qalaba.az//uploads/photo/flik-qvardiolanin-ugurunu-tekrarlayib.webp