Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatına nə dərəcədə hazır olduğumuz Slovakiyadakı oyunlardan sonra bilinəcək"

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatına nə dərəcədə hazır olduğumuz Slovakiyadakı oyunlardan sonra bilinəcək"

Slovakiyada təşkil ediləcək beynəlxalq turnirdən sonra Azərbaycan minifutbol yığmasının Bakıda keçiriləcək dünya çempionatına hazırlıq səviyyəsi bəlli olacaq.

Bunu “Report”a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis hər şeyin plan üzrə getdiyini deyib:

“Bu, ikinci toplanışımız idi və yaxşı keçdi. Bizim üçün önəmli oyunlar idi. Bu gün Slovakiyaya yollanacağıq. Orada da turnir keçiriləcək və bizi bir neçə matç gözləyir. Dünya çempionatına nə dərəcədə hazır olduğumuz bu oyunlardan sonra bilinəcək. Digər çatışmazlıqları da Bakıda aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, planlaşdırdıqlarımızı meydanda həyata keçirə bilək. Hələlik hər şey qaydasındadır”.

O, Slovakiyadakı turnirdə bütün futbolçulara şans vermək niyyətində olduğunu vurğulayıb.

“Slovakiyada da beynəlxalq turnir olacaq. Azərbaycanla yanaşı, Ukrayna, Slovakiya, Polşa, Belçika və Macarıstan iştirak edəcək. Bu komandaların hər biri dünya çempionatında mübarizə aparacaq. Güclü turnir olacaq. Məqsədimiz təkcə çempion olmaq deyil. Bura 22 futbolçu ilə gəlmişik. Hər birinə şans verməyə çalışırıq. Məqsədimiz onların böyük oyunlarda bizə nə dərəcədə kömək edə biləcəyini görməkdir. İstənilən halda, rəqiblərə uduzmaq fikrimiz yoxdur”.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub. Komanda Bosniya və Herseqovina (7:2), Türkiyə (1:0), Monteneqro (3:2) və Qazaxıstan (5:0) yığmalarını məğlub edib.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 yığmanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Futbol
“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

Futbol
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Futbol
"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

Futbol
Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"