“Yuventus”da yeni müqavilə
İtaliya A Seriyası təmsilçilərindən “Yuventus” hücumçusu Arkadiuş Miliklə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun 2026-cı ildə bitəcək müqaviləsi daha bir il artırılıb.
Xatırladaq ki, 32 yaşlı forvard “qoca sinyora”ya 2023-cü ildə “Marsel”dən 7,3 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm zədə səbəbindən “Yuventus”un heyətində heç bir matçda iştirak etməyib.

https://mail.qalaba.az//uploads/photo/yuventusda-yeni-muqavile.webp